Milyarderin toyundan ilk - Fotolar

Milyarderin toyundan ilk - Fotolar
4194 dəfə oxunub
  • A-
  • A
  • A+

Xəbər verdiyimiz kimi, amerikalı milyarder Ceff Bezos və jurnalist sevgilisi Lauren Sançezin İtaliyada toyu olub.

Axşam.az-ın məlumatına görə, Sançes sosial şəbəkə hesabında Venesiyada keçirilən toydan fotolar paylaşıb. 

Məclisdə Kardaşyan-Cenner ailəsi, ABŞ prezidentinin qızı İvanka Tramp əri Kared Kuşner, Leonardo Di Kaprio sevgilisi Vittoria Ceretti, Orlando Blum, müğənni Uşer xanımı Karli Kloss, Daşa Jukova milyarder əri Stavros Niarços, İordaniya Kralı II Abdullah ibn Al Hüseynin xanımı, kraliça Rania Al Abdullah, oğlu Hüseyn və xanımı Rayva qatılıblar. 

Qeyd edək ki, onların toyunun Venesiyanın mərkəzində 16-cı əsrə aid binada keçirilməsi planlaşdırılırdı, lakin yerli sakinlərin etirazları və təhlükəsizlik təhdidləri səbəbindən tədbir tarixi Arsenal kompleksinə köçürülüb.Toyda şou-biznes ulduzları, siyasətçilər və cütlüyün yaxın adamlarından ibarət 250-yə yaxın insanın iştirak edəcəyi gözlənilir. Onlar üç günlük şənliyə təxminən 50 milyon dollar xərcləməyi planlaşdırırlar. Sançes "Dolce & Gabbana" moda evinin onun üçün hazırladığı 27 geyimi dəyişməyi planlaşdırır. Təşkilatçılar tortu hazırlamaq üçün məşhur fransız aşpazı Sedrik Qroleti işə götürüblər.

Bu, dünyanın ən zəngin insanlarından biri olan 61 yaşlı Bezosun ikinci evliliyi olacaq. Onun seçdiyi jurnalist Lores Sançesin 55 yaşı var və əvvəllər evli olub, onunla üç övladı var.