Çeçenistan rəhbəri Ramzan Kadırovun evində toy olub.
Axşam.az xəbər verir ki, onun 17 yaşlı oğlu Adam evlənib. Toy qapalı olub. Adam medni adlı xanımla nikah masasına oturub. R. Kadirovun iki oğlu Əli və Zelimxan toy ərəfəsində Vladimir Putinlə şəxsən görüşüb, üçüncüsü Adəm isə qiyabi təbriklər alıb. Kadırov şəxsi bloqunda dövlət başçısının xoş sözlərini paylaşıb.
"Dostlar, bu gün Çeçenistan Respublikasının birinci prezidenti, Rusiya Qəhrəmanı Axmat-Hacı Kadırovun nəvəsi - Adəmin toy günündə Rusiya Federasiyasının hörmətli prezidenti Vladimir Vladimiroviç Putin mənə zəng etdi. O, məni və Medni Musayevnanı bu mühüm hadisə münasibətilə şəxsən təbrik etdi və ən səmimi siyasi təbrik sözlərini çatdırdı" deyə, paylaşımda deyilib.
Çeçenistan rəhbəri təbrikdən sitat gətirib və qeyd edib ki, ölkə üçün belə çətin bir dövrdə dövlət başçısının göstərdiyi diqqəti yüksək qiymətləndirir.