"Ən böyük qazancım..." - Fotolar

"Ən böyük qazancım..." - Fotolar
1745 dəfə oxunub
  • A-
  • A
  • A+

Xalq artisti Nəzakət Teymurovanın ad günüdür. 

Axşam.az xəbər verir ki, müğənni bu münasibətlə obyektiv qarşısına keçərək fotosessiya etdirib. N.Teymurova fotolarını izləyiciləri ilə paylaşaraq, bunları yazıb:

"Yeni yaşımda bir arzum var: Sənətimin işığı hələ çox ürəkləri isitsin, könüllərə yol tapsın… Bu günə qədər mənə dəyər verən, sevgisini əsirgəməyən hər kəsə sonsuz təşəkkürlər. Həyatımda sənət, ailəm və tələbələrim – ən böyük qazancım sizsiniz. Yaşamaq sənətim, sevmək ruhum, bölüşmək missiyam oldu".