Xəbər verdiyimiz kimi, Böyük Britaniyanın məşhur rok qrupu “Coldplay”in konsertində “Astronomer” IT şirkətinin rəhbəri Endi Bayronun xəyanəti ifşa olunub.
Axşam.az xəbər verir ki, o, bununla bağlı ailəsindən və iş yoldaşlarından üzr istəyib:
"İnternetdə yayılan həmin anı və bunun yaratdığı məyusluğu etiraf etmək istəyirəm. Həyat yoldaşımdan, ailəmdən və “Astronomer”dəki komandamdan səmimi qəlbdən üzr istəyirəm. Siz bir tərəfdaş, ata və lider olaraq məndən daha yaxşısına layiqsiniz. Özümə zaman ayırıram – düşünmək, məsuliyyəti üzərimə götürmək və növbəti addımları müəyyənləşdirmək üçün".
Qeyd olunur ki, Amerika şirkətinin baş direktoru olan Endi Bayron öz həmyaşıdı, 50 yaşlı Meqan Kerriqan Bayronla evlidir və 2 övladı var. Xəyanətdə adı keçən qadın Kristin Kebot isə sözügedən şirkətin HR müdiridir. Onun da evli olduğu deyilir.