Konsertin ortasında xəyanəti ortaya çıxdı - Video

Konsertin ortasında xəyanəti ortaya çıxdı - Video
1955 dəfə oxunub
  • A-
  • A
  • A+

Böyük Britaniyanın məşhur rok qrupu “Coldplay”in konsertində operator təsadüfən Astronomer IT şirkətinin rəhbəri Endi Bayronun xəyanətini üzə çıxarıb.

Axşam.az xəbər verir ki, o, şirkətinin HR rəhbəri Kristin Kabot ilə qucaqlaşarkən kameralara tuş gəlib.

Bayron dərhal Kabotdan uzaqlaşaraq piştaxtanın arxasında gizlənib, qadın kameraya arxasını çevirərək əlləri ilə üzünü örtüb.

Qeyd olunur ki, Amerika şirkətinin baş direktoru olan Endi Bayron öz həmyaşıdı, 50 yaşlı Meqan Kerriqan Bayronla evlidir və 2 övladı var.