Tatlısəsdən qızı ilə bağlı suala reaksiya - Video

Tatlısəsdən qızı ilə bağlı suala reaksiya - Video
2864 dəfə oxunub
  • A-
  • A
  • A+

Xəbər verdiyimiz kimi, müğənni İbrahim Tatlısəsin qızı Dilan Çıtak Bodrumda avtomobilini polisin üzərinə sürərək onun “saxla” əmrinə tabe olmayıb.

Axşam.az-ın məlumatına görə, İbrahim jurnalistlərin baş verən hadisə ilə bağlı suallarını cavablandırmaqdan imtina edib.

Tatlısəs “Mən onu qızım kimi qəbul etmirəm” deyə, bildirib və əli ilə ağzını açmayacağına işarə edib.

Qeyd edək ki, bir neçə gün əvvəl Dilan yolda təhlükəsizlik qaydalarını pozub və polis onu saxlayaraq sürücülük vəsiqəsini istəyib. Çıtak qaçmağa çalışarkən avtomobilini polisin üzərinə sürüb. Daha sonra polis havaya atəş açaraq onu saxlayıb. Çıtak atasının adından istifadə edərək oradan uzaqlaşmaq istəsə də bu, mümkün olmayıb. O, daha sonra sərbəst buraxılıb.