Ürəyi dönər istədi, Ankaradan Antalyadakı villasına dönərçi gətirtdi

Ürəyi dönər istədi, Ankaradan Antalyadakı villasına dönərçi gətirtdi
2917 dəfə oxunub
  • A-
  • A
  • A+

Türkiyəli müğənni Bülənt Ərsoy son addımı ilə yenidən güddəm olub.

Axşam.az xəbər verir ki, Antalyada ürəyi dönər yemək istəyən ifaçı evinə Ankaradan özəl dönərçi dəvət edib.

Villasının hovuzunda, açıq havada dönər yeyən Ərsoyun görüntüləri sosial mediada yayılaraq müzakirə yaradıb. İzləyicilər ifaçının bir neçə gün əvvəl 16 min lirə borcunu geri istəməsini xatırladıblar.