Şahin Şıxlinski yenidən saxlanıldı

Şahin Şıxlinski yenidən saxlanıldı
1420 dəfə oxunub
  • A-
  • A
  • A+

Yekaterinburqdakı Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski yenidən saxlanılıb.

Axşam.az xəbər verir ki, bu barədə E1.RU portalı məlumat yayıb.

Bildirilib ki, Ş.Şıxlinski Moskvadan Yekaterinburqa aparılıb və hazırda istintaq prosesində iştirak edir.

Qeyd edək ki, iyunun 1-də Şahin Şıxlinski və oğlu Mutvali Şıxlinski saxlanılmışdı. Onların saxlanılarkən zorakılığa məruz qalmaları ilə bağlı görüntülər yayılmışdı. Daha sonra hər ikisi azadlığa buraxılsa da, M.Şıxlinski yenidən saxlanılıb və məhkəmə onun barəsində 2 aylıq həbs qətimkan qərarı çıxarıb.