"Xalq yazıçısı Elçin Əfəndiyev sabah dəfn olunacaq".
Axşam.az Oxu.Az-a istinadən xəbər verir ki, bunu Azərbaycan Yazıçılar Birliyinin birinci katibi, Xalq yazıçısı Çingiz Abdullayev deyib. O qeyd edib ki, Elçin Əfəndiyev Birinci Fəxri Xiyabanda torpağa tapşırılacaq:
"Rəsmi açıqlamanı edəcəyik, gözləyirik".
***
Xalq yazıçısı Elçin Əfəndiyev ilə vida mərasimi sabah, saat 12:00-dan 14:00-a kimi Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrında baş tutacaq.