Xoşqədəmdən sevgi tərifi

Xoşqədəmdən sevgi tərifi
4132 dəfə oxunub
  • A-
  • A
  • A+

"Sevgi - alınmayan, satılmayan, yalnız hiss edilən bir duyğudur".

Axşam.az xəbər verir ki, bu sözləri aparıcı Xoşqədəm Hidayətqızı sosial şəbəkədə yazıb. Sevgidən bəhs edən aparıcı sözlərinə belə davam edib:

"Sevgi - yaradanı sevməkdir, valideyninə hörmətdir, dostuna sədaqətdir, övladına şəfqətdir. Sevgi - Vətənə bağlılıqdır, bir ağacı qucaqlamaq, bir heyvana mərhəmətlə baxmaqdır. Sevgi - dünyanı anlayaraq, dərk edərək, içdən hiss etmə bacarığıdır. Hər şeyə sevgi ilə yanaşın - özünüzə, insanlara, təbiətə və həyata. Unutmayın, sevgiylə baxan gözlər dünyanı daha gözəl görür. Sevgi ilə qalın".