İlin ikinci Günəş tutulması bu tarixdə olacaq

İlin ikinci Günəş tutulması bu tarixdə olacaq
4926 dəfə oxunub
  • A-
  • A
  • A+

Sentyabrın 21-də ilin ikinci Günəş tutulması baş verəcək.

Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından Axşam.az-a verilən məlumata görə, bu, qismən Günəş tutulmasıdır. 

Tutulma hadisəsi sentyabrın 21-i saat 21:29:32-də başlayıb, sentyabrın 22-si saat 01:53:33-də sona çatacaq. Tutulma hadisəsi 4 saat 22 dəqiqə davam edəcək. Tutulmanın maksimumu sentyabrın 21-i saat 23:43:04-də olacaq.

Tutulma hadisəsi Sakit okean, Yeni Zellandiya və Antarktidada görünsə də, Azərbaycan ərazisindən müşahidə olunmayacaq.