Həmin tarixi belə xatırladılar - Fotolar

Həmin tarixi belə xatırladılar - Fotolar
1620 dəfə oxunub
  • A-
  • A
  • A+

Xəbər verdiyimiz kimi, ötən gün Azərbaycanda Bilik Günü qeyd olunub.

Axşam.az-ın məlumatına görə, bu münasibətlə sənət adamları 1-ci sinifdə oxuyarkən çəkilən fotolarını sosial media hesablarında yayımlayıblar.

Onlardan biri müğənni Günay İbrahimli olub. O, ilk dərs günü çəkilən şəklini izləyiciləri ilə bölüşüb.

Birinci sinifdə oxuyarkən çəkilən fotosunu paylaşanlar arasında aktrisa Sevinc Əlişova da var. O, fotoya "1992-ci il" yazmaqla kifayətlənib.

Aktrisa Xəyalə Quliyeva isə məktəbli şəklinə "Bu da mən. Çoxdanıncı illər... Haradasa mamontların nəsli təzə kəsilmişdi" deyə, yazaraq zarafat edib.