Moskva Azərbaycanlılarının Milli Mədəni Muxtariyyəti Şurasının sədri Bəxtiyar Həsənov Rusiya vətəndaşlığından məhrum edilib.
Axşam.az xəbər verir ki, bu barədə Rusiyanın teleqram kanalları məlumat yayıb.
Bildirilib ki, B.Həsənovun Rusiya vətəndaşlığının ləğv edilməsinə səbəb onun qanunsuz miqrasiya və digər bu kimi fəaliyyətlərlə məşğul olan şəxslərlə əlaqəsidir.
Onun 2000-ci illərdə Rusiya vətəndaşlığı əldə etdiyi vurğulanıb.
Qeyd edək ki, Bəxtiyar Həsənov 2022-ci ildə Moskva Azərbaycanlılarının Milli Mədəni Muxtariyyətinin sədri seçilib.