Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən Axşam.az-a verilən məlumata əsasən, ölkə ərazisinin əksər yerlərində yağıntılı hava şəraiti davam edir.
Qobustan, Naftalan, Qazax, Ağstafa, Tovuz, Şəmkir, Daşkəsən, Gədəbəy, Göygöl, Gəncə, Samux, Goranboy, Göyçay, Göygöl, Mingəçevir, Zərdab, Şəki (Kişçay), Oğuz, Qəbələ, İsmayıllı, Şamaxı, Sabirabad, Biləsuvar, Yardımlı, Lerik, Hacıqabul, Quba, Qusar, Qrız, Şahdağ, Xınalıq, Xaltan, Ağsu, eyni zamanda Bakıda və Abşeron yarımadasında arabir leysan xarakterli yağış yağır, şimşək çaxıb.
Qax (Sarıbaş), Şəki (Kişçay), Daşkəsən, Göygöl, Naftalan, Şamaxı, Qrız, Şahdağ, Lerik, Qəbələdə duman müşahidə olunur. Dumanda görünüş 500 metrədək məhdudlaşır.