Türkiyəli aktrisa Nilpəri Şahinkaya ilə münaqişə yaşayan Burak Dənizin növbəti məhkəməsi baş tutub.
Axşam.az xəbər verir ki, məhkəmədə Burak Dənizə bəraət verilib.
Nilpəri həmkarının hədə-qorxu gəlmək, təhqir etmək, qəsdən xəsarət yetirmək, asayişi pozmaq ittihamlarıyla cəzalandırılmasını istəyib.
İttiham edilən cinayətləri törətdiyinə dair əsaslı şübhə vədəlil olmadığı üçün məhkəmə, aktyor barəsində bəraət hökmü çıxarıb. Nilperi Şahinkayanın apellyasiya şikayəti verəcəyi bildirilib.
Qeyd edək ki, aktrisa Burakın Adanada həm onu, həm də onunla eyni masa arxasında oturan Necmi Dənizi ictimaiyyət qarşısında təhqir edib hədələdiyini bildirib.