Reza Zərrabın həyatı ekranlaşdırılacaq

Reza Zərrabın həyatı ekranlaşdırılacaq
1009 dəfə oxunub
  • A-
  • A
  • A+

Əslən Cənubi Azərbaycandan olan iş adamı Reza Zərrabın həyatı ekranlaşdırılacaq.

Axşam.az xəbər verir ki, iş adamının öz həyat hekayəsini “Netflix” platformasına satdığı bildirilib.

Zərrabın bunun üçün nə qədər qonarar aldığı, layihənin hansı formada təqdim olunacağı isə hələlik bəlli deyil.

Qeyd edək ki, Zərrab illər əvvəl müğənni Günel Zeynalova ilə nişanlı olub. İş adamı həmin ərəfədə Günelə türkiyəli müğənni Ebru Gündeşlə xəyanət edib. Daha sonra Ebru və Reza ailə qurub, bir neçə il əvvəl isə ayrılıblar. Onların bu nikahdan bir qız övladı var.

Reza Dilara Altıntop adlı xanımla evlidir.