Əməkdar artist Elza Seyidcahanın atası Nuru Əhmədovun sağ olduğu ortaya çıxıb.
Axşam.az xəbər verir ki, bu haqda "Günə uğurla" verilişində deyilib. Bildirilib ki, müğənninin atası dünyasını dəyişməyib. Hətta onun ögey qardaşı və onun övladı olduğu deyilib.
"Atam Rusiyada qalıb. Bizi nənəm, babam böyüdüb. Atasızlıq hiss etməmişik. Mənim özüm yaşımda dayım, bacımla yaşıd xalam var. Anam zəhmət çəkib bizi oxutdurub. Atam kişi kimi getdi. Qalıb bizim psixoloji durumumuza təsir etməyib" deyə, müğənni bildirib.
E.Seyidcahan əlavə edib Türkiyədə universitetə daxil olub. O, magistratura təhsili alacağını əlavə edib.