Gülüstan Əliyevadan maraqlı layihə - Video

Gülüstan Əliyevadan maraqlı layihə - Video
781 dəfə oxunub
  • A-
  • A
  • A+

Əməkdar artist Gülüstan Əliyeva "Əsr Türkün əsridir" adlı türkçülüyə həsr olunan yeni layihəsini təqdim edib.

Axşam.az xəbər verir ki, mahnıda türk xalqlarının birliyi, tarixi və mədəni bağlılığı tərənnüm olunub. Mahnının bəndlərini müğənni qazax, qırğız, türkmən, özbək dillərində oxuyub və xalqların qəhrəmanlarının adlarını çəkib.

Mahnının sözləri professor Mahirə Nağıqızına, musiqisi ETNO CLASS musiqi qrupuna məxsusdur. Lahiyədə Orxon Yenisey əlifbasından istifadə edilərək, Azərbaycan təkəlduz sənətinə aid xüsusi geyimlər hazırlanıb. Türk xalqlarına məxsus qədim alətlərdən, şamanizmi əks etdirən qavaldan istifadə olunub.

Ekran işi “AS Production” tərəfindən Şuşa, Laçın və Qubada çəkilib. Lahiyə rəhbəri telejurnalist Səidə İbrahimli, rejissor isə Faiq Əliyevdir.