"Bu cavab üçün alqış istəmirik" - Video

"Bu cavab üçün alqış istəmirik" - Video
1402 dəfə oxunub
  • A-
  • A
  • A+

Türkiyənin ATV kanalının məşhur yarışma proqramı "Kim milyonçu olmaq istəyir?"in növbəti buraxılışında iştirakçıya Qəzzada həlak olan uşaqlarla bağlı sual ünvanlanıb.

Axşam.az xəbər verir ki, 300.000 lirə (12 min 320 manat) dəyərindəki sual belə olub:

“UNİCEF-in məlumatlarına görə, 2023-cü ilin oktyabrından bəri Qəzzada 1 günə öldürülən uşaqların sayı nə qədərdir?”

İştirakçı doğru cavabı (D variant-28-red.) tapsa da, proqramın aparıcısı Oktay Kaynarca tamaşaçılardan bunun üçün alqış çalmamalarını xahiş edib:

“Burada səsləndirilən hər doğru cavab üçün alqışlar səslənir. Amma bu cavab üçün alqış istəmirik”.