Xəbər verdiyimiz kimi, Əməkdar artist Cabir İmanov bu gün vəfat edib.
Axşam.az-ın məlumatına görə, bu barədə paylaşım edən müğənni Zamiq Hüseynov ötən gecə mərhum aktyorla toyda olduqlarını yazıb.
"Dünən bir yerdə toyda idik. Qucaqlaş, öp, bağrına bas, rəqs et, sən demə, sonuncu dəfə imiş. Çox heyif! Yaxşı insan, gözəl dost, Allah sənə rəhmət eləsin! Vaxtsız getdin! Hər zaman qəlbimizdə gülər üz, pozitiv, nümunəvi bir insan kimi qalacaqsan. Məkanın cənnət olsun, dotum" deyə, Zamiq bildirib.
Qeyd edək ki, C.İmanov bu gün Bakıda idman zalında infarkt keçirərək vəfat edib.

