Eks-xanımı Conni Depplə görüşüb İkardiyə acıq verdi - Fotolar

Eks-xanımı Conni Depplə görüşüb İkardiyə acıq verdi  - Fotolar
417 dəfə oxunub
  • A-
  • A
  • A+

“Qalatasaray”ın futbolçusu Mauro İkardinin eks-həyat yoldaşı Vanda Nara “Karib dənizinin quldurları” filminin ulduzu Conni Depplə bir araya gəlib.

Axşam.az xəbər verir ki, o birgə çəkdirdikləri fotoları sosial media hesabında izləyiciləri ilə bölüşüb.

Qeyd edək ki, boşanma ərəfələrində İkardi özünü Conni Deppə bənzədərək aktyorun məhkəmə zalından fotolarını paylaşırdı. Hətta paylaşımlardan birində fotoşopla şəkillərini birləşdirmişdi.

İkardi və Nara 2014-cü ildə evlənib. Cütlük bu il rəsmən boşanıb. Onların bu evlilikdən iki övladı var.