Sentyabrın 26-da Yalovanın Çınarcık məhəlləsində 5-ci mərtəbədəki mənzilinin pəncərəsindən yıxılaraq dünyasını dəyişən tanınmış sənətçi Güllünün ölümü ilə bağlı istintaq davam edir.
Axşam.az xəbər verir ki, mərhum ifaçının müdiri Ferdi Aydın da Güllünün ölümündə onun qızı Tuğyan Ülkem Gülteri təqsirli bilir. O, son açıqlamasında Tuğyanın həbsə girməmək üçün "ölüm orucu"na başladığını açıqlayıb:
"İndi çəkisi 39 kiloqramdır. 30 kiloqram olarsa, həbsə girməyəcəyini bilir. Hazırda bunun üçün çalışır və "ölüm orucu" saxlayır".
Qeyd edək ki, Güllü bir müddət əvvəl evinin eyvanından yıxılaraq dünyasını dəyişib. Daha əvvəl Güllünün ölümündə təqsirli olduğu iddia edilən oğlu açıqlama yayaraq anasının intihar etməsi və ya bu işdə əli olmasını təkzib etmişdi. Bundan sonra onun qızı Güllünün ölümündə şübhəli bilinir.