Süni intellekt tərəfindən yaradılmış mahnı ilk dəfə olaraq musiqi çartının lideri olub.
Axşam.az xəbər verir ki, intellektual musiqiçi “Breaking Rust”un ifa etdiyi “Walk My Walk” adlı kompozisiya “Billboard” reytinqində birinci yerə yüksəlib.
Mahnı “Spotify” platformasında 3 milyondan çox dinlənilib.
Qeyd edək ki, “Breaking Rust” süni intellekt musiqiçisi kimi bir neçə ay əvvəl musiqilərini “Spotify”da yerləşdirməyə başlayıb. Statistik göstəricilərə görə, onun hər bir mahnısı qısa müddətdə milyonlarla dinlənmə toplayır və bu, ideala yaxın hitin sirrini tapdığını göstərir.