Toy karvanında “avtoş”luq edib yola pul səpdilər - Video

Toy karvanında “avtoş”luq edib yola pul səpdilər - Video
660 dəfə oxunub
  • A-
  • A
  • A+

Qubada toy karvanında avtoxuliqanlıq edən avtomobillərin görüntüləri yayılıb.

Axşam.az xəbər verir ki, görüntüləri sosial şəbəkədə jurnalist Dəyanət Babayev paylaşıb.

Videoda bir neçə avtomobilin Qubanın mərkəzində bəy-gəlin maşınını müşayiət edərkən yol hərəkəti qaydalarını pozmasını, maşınlardan birində olan şəxsin isə yola pul səpməsini görmək mümkündür.

DİN-in Mətbuat xidmətinin regional bölməsindən bildirilib ki, görüntülərlə bağlı araşdırma aparılır.