Əməkdar artist vəfat etdi

Əməkdar artist vəfat etdi
1213 dəfə oxunub
  • A-
  • A
  • A+

Mingəçevir Dövlət Dram Teatrının aktyoru, Əməkdar artist Akif Mirabov vəfat edib.

Axşam.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, o bu gün dünyasını dəyişib.

Qeyd edək ki, mərhum Azərbaycanın Milli Qəhrəmanı Rəşad Mirabovun atasıdır.

A. Mirabov 2000-ci ildə Respublikanın Əməkdar artisti adını alıb, 2013- cü ildə “Tərəqqi” medalı, 2019-cu ildə Prezidentin Fəxri diplomu və bir çox fəxri fərmanlarla təltif olunub.