“Sahibsizlər”in aktrisası azyaşlını maşınla vurub qaçdı - Video

“Sahibsizlər”in aktrisası azyaşlını maşınla vurub qaçdı - Video
1308 dəfə oxunub
  • A-
  • A
  • A+

Türkiyəli aktrisa Mina Derman gül satan bir uşağı avtomobili ilə vuraraq hadisə yerindən uzaqlaşıb.

Axşam.az xəbər verir ki, həmin anları əks etdirən görüntülər sosial mediada yayılıb.

Hadisə ötən gün İstanbulun Bebek rayonunda baş verib. Sükan arxasında əyləşən Mina jurnalistlərdən uzaqlaşmaq istəyərkən maşınla balaca qızı vurur. Uşaq yerə yıxılsa da, aktrisa heç nə olmamış kimi yoluna davam edir.

Aktrisa bu davranışına görə sərt tənqid olunub. Mina məsələ ilə bağlı açıqlama yayaraq özünü hadisədə günahkar görmədiyini yazıb.

Qeyd edək ki, Mina hazırda “Sahibsizlər” serialında rol alır.