Xəbər verdiyimiz kimi, dələduzluq ittihamı ilə həbs edilən müğənni Rəqsanə İsmayılova ev dustaqlığına buraxılıb.
Axşam.az-ın məlumatına görə, sənətçinin borcunun bir qismi ödənilib. Bu haqda aparıcı Tarix Əliyev "Tarixin bir günü" proqramında deyib.
O bildirib ki, Rəqsanənin borcunun 100 min manatını qızı Aysun İsmayılova ödəyib.
Qeyd edək ki, Rəqsanə İsmayılova bir nəfərə yalan vəd verərək 520 min dollarını və 30 min manatlıq qızıl-zinət əşyalarını ələ keçirməklə ittiham olunur.