Dələduzlar Larisanın mənzilini FSB-nin adından satdırıb

Dələduzlar Larisanın mənzilini FSB-nin adından satdırıb
1005 dəfə oxunub
  • A-
  • A
  • A+

Tanınmış müğənni Larisa Dolina üç ay boyunca özünü Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FSB) əməliyyatında iştirak etdiyinə inandırılıb və bu müddət ərzində fırıldaqçıların toruna düşüb.

Axşam.az xəbər verir ki, bu barədə “Kommersant” nəşri məlumat yayıb.

Məhz bu aldatma nəticəsində Dolina öz mənzilini satıb, əldə etdiyi pulu və əlavə götürdüyü kredit vəsaitlərini dələduzlara göndərib. O, məbləğin bir hissəsini isə xüsusi vasitəçilərlə onlara nağd şəkildə verib.

Müğənni bu üç ay ərzində yaxınlarına heç nə bildirməyib, çünki özünün FSB-nin xüsusi "cinayətkarların tutulması əməliyyatı”nda iştirak etdiyini düşünüb.

Qeyd edək ki, Larisa dələduzlara görə 236 metrlik mənzilini satmışdı.