Tez-tez xaricə səyahət edən aparıcı Azər Qərib təyyarədə yata bilməməsindən şikayətlənib.
Axşam.az xəbər verir ki, bu barədə o, sosial şəbəkədə yazıb:
"Dostlar, bəlkə siz kömək edə bilərsiniz. Özümdən asılı deyil, təyyarədə xor-xa-xor rahatca yatan adam görəndə, başlayıram boğulmağa. Yəni həsəd hissi məni boğur, qan sızır beynimə ki, bu xoşbəxtliyi mən niyə yaşaya bilmirəm? Balışdan bərk yapışıram ki, əlimdən xəta çıxmasın, yazıqdırlar".
