Türkiyədə saxlanılan aktrisa İrem Sak, blogerlər Danla Bilic, Mümine Senna Yıldız və müğənni Aleyna Tilki sərbəst buraxılıb.
Axşam.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Bildirilib ki, tibbi ekspertiza proseduru yekunlaşdıqdan sonra sərbəst buraxılıblar.
Qeyd edək ki, onlar narkotiklərlə bağlı istintaq çərçivəsində saxlanılmışdılar.