Aktyor Murad İsmayıl "Tarixin bir günü" verilişində qonaq olub.
Axşam.az xəbər verir ki, aktyor aktrisa Ülviyyə Xəlilbəyova ilə boşanmasıyla bağlı sualı cavablamaqdan imtina edib. O bildirib ki, bu haqda danışmağı sevmir:
"Bizim boşandığımızı kim deyib? Bu barədə danışmaq istəmirəm. Kim deyibsə, ondan da soruşun. Lazım olan adamlar bilir. Bunu heç vaxt kütləyə deməmişəm və özümə də yaraşdırmıram. Ailə mövzularının işıqlandırılmasını istəmirəm. Bununla bağlı nə “hə”, nə də “yox” deməmişəm. Kim deyibsə, ondan soruşmaq lazımdır. Hamı bilir, amma bu barədə efirdə danışmaq istəmirəm.
Buna hörmətlə yanaşmaq lazımdır. Bu, gizli məsələ deyil. Əgər nə vaxtsa sosial şəbəkə hesabımda bu barədə danışmış olsaydım, indi bu suala cavab verərdim. Danışanları da qınamışam.
Məhz buna görə uzun müddətdir efirə çıxmıram. Çıxanda da xahiş edirəm ki, bu haqda sual verilməsin. Ayıb bir şey yoxdur, heç kim heç nədən sığortalanmayıb. Heç kim deyə bilməz ki, mən şəxsi həyatımla gündəmə gəlmək istəyirəm. Mən hətta toyuma belə heç kimi dəvət etməmişdim.
Bizim iki balamız var, düşmən deyilik".
Qeyd edək ki, Murad aktrisa Ülviyyə Xəlilbəyova ilə evli idi. Cütlük bir müddət əvvəl boşandıqlarını açıqlayıblar. Onların iki oğul övladı var.