Dövlət teatrlarında vakant yerlərə direktor təyinatları olacaq

Dövlət teatrlarında vakant yerlərə direktor təyinatları olacaq
375 dəfə oxunub
  • A-
  • A
  • A+

"Yaxın zamanlarda dövlət teatrlarında vakant yerlərə direktor təyinatları olacaq".

Axşam.az xəbər verir ki, bu sözləri Mədəniyyət Nazirliyinin Teatr sektorunun müdiri Böyükxanım Talıbova "Azərbaycan mədəniyyəti - 2040" Mədəniyyət Konsepsiyasının media üçün təqdimatında jurnalistlərin suallarını cavablandırarkən deyib.

"Artıq fevralın 2-dən struktur dəyişikliyi qüvvəyə minəcək. Boş olan yerlərə təyinatlar olacaq. Bu, dövlət teatrlarında yeni modelə keçildiyi üçün zəruridir", deyə, o, bildirib.