Oğlunu ad günündə Şəhidlər xiyabanına apardı - Video

Oğlunu ad günündə Şəhidlər xiyabanına apardı - Video
7400 dəfə oxunub
  • A-
  • A
  • A+

"Bu gün mənim üçün çox özəl, çox duyğulu bir gündür. Oğlum Muhammad Alinin 5 yaşı tamam olur. Beş yaş - bir ananın ömründə həm sevincdir, həm məsuliyyət, həm də dua. Oğlum, sən bu torpağın övladısan. Mən səni sadəcə böyütmürəm, mən səni Vətənə əmanət böyüdürəm. Çünki inanıram ki, sən Azərbaycanın gələcək əsgərisən".

Axşam.az xəbər verir ki, bu sözləri müğənni Rəqsanə ismayılova sosial şəbəkədə yazıb. Sənətçi oğlu Muhammad Alinin 5 yaşı tamam olduğunu bildirib. Rəqsanə şəhid yaxınlarını da bir araya yığaraq, əsgər geyimində Şəhidlər Xiyabanına gedib.

Həmin videonu sosial şəbəkədə paylaşan Rəqsanə bunları yazıb:

"Apardım ki, öz qəhrəmanlarını tanıyasan, bu torpağın hansı canlar bahasına qorunduğunu kiçik yaşından anlayasan. O gün orada şəhid analarının baxışlarında bir ana olaraq özümü gördüm, qazi qardaşlarımızın duruşunda isə Vətənin gücünü hiss etdim. Onların mənə verdiyi mənəvi dəstək ömrüm boyu yaddaşımdan silinməyəcək. Bir daha bütün şəhid analarının qarşısında baş əyirəm, şəhidlərimizə Allahdan rəhmət, qazi qardaşlarımıza can sağlığı diləyirəm.

Oğlum, sən böyüyəndə bilməlisən ki, bu torpaq müqəddəsdir. Sən öz qardaşlarını, öz qəhrəmanlarını tanımalısan. Mən istəyirəm ki, sən milli ruhda, Vətən sevgisi ilə, vicdanlı və mərd bir insan kimi böyüyəsən. Bu, bir ana olaraq mənim ən böyük arzumdur.
Ad günün mübarək, balam… Allah səni qorusun, yolunu açıq eləsin. Mənim balaca oğlum, mənim gələcək əsgərim…".