Epşteynlə foto paylaşdı, sonra "tanımıram" dedi

Epşteynlə foto paylaşdı, sonra "tanımıram" dedi
3092 dəfə oxunub
  • A-
  • A
  • A+

Aparıcı Tarix Əliyev sosial şəbəkədə son günlər gündəmdən düşməyən maliyyəçi Ceffri Epşteyn paylaşımı ilə gündəmə gəlib. 

Axşam.az xəbər verir ki, Tolik süni intellektlə Epşteynlə fotosunu düzəldib yayımlayıb. O, həmin şəxsin kimliyindən və hansı işlərlə məşğul olduğundan xəbərsiz olub. 

Tolik "Mənə indi deyirlər bu kimdir. TikTok-da Elarizlə fotosunu gördüm, etdim. Sonra dedilər ki, uşaq qatilidir, nə işlə məşğuldur. Elə bilirəm biznesmendi, hamının da siyahıda adı çıxır. Guya, zarafat etmək istədim" deyə, açıqlamasında deyib. 

Qeyd edək ki, istintaqın fikrincə, dünya elitasının ən yüksək dairələrinə daxil olan Cefri Epşteyn onilliklər ərzində geniş miqyaslı insan alveri şəbəkəsi qurub. O, guya azyaşlı qızları fahişəliyə cəlb edib, onlara zorakılıq göstərib, nüfuzlu tanışlarına şantaj və ya əlaqələri möhkəmləndirmək məqsədilə təqdim edib.

2019-cu ildə milyarder məhkəməni gözləyərkən həbsxana kamerasında ölü tapılıb. Rəsmi məlumata görə, Epşteyn intihar edib.