Vidalaşmağa gəlməyən baş rol ifaçılarını tənqid etdi - "Ayıb olsun"

Vidalaşmağa gəlməyən baş rol ifaçılarını tənqid etdi - "Ayıb olsun"
3350 dəfə oxunub
  • A-
  • A
  • A+

Xəbər verdiyimiz kimi, "Yeşilçam"ın aktyoru Necdet Kökeş vəfat edib.

Axşam.az-ın məlumatına görə, vida mərasimində "Yeşilçam"ın bir çox tanınmış baş rol aktyorlarının iştirak etməməsi müzakirə yaradıb.

Məsələyə aktrisa Nur Sürer sərt münasibət bildirərək həmin həmkarlarını qınayıb:

“Yeşilçam"da o vaxt baş rol oynayan aktyor və aktrisaları vida mərasimində görmək istərdim. Heç kim yox idi. Onlar 250-280 filmdə baş rol oynayıblarsa, Necdet və digərləri 1500 filmdə rol alıblar. Nəticədə əlimizdə nə qalıb? İndi sadəcə həmin dövrdən yaşayan bəzi dostlar qalıb. Ayıb olsun!".