Yaxın 2-3 gün ərzində hava necə olacaq?

Yaxın 2-3 gün ərzində hava necə olacaq?
902 dəfə oxunub
  • A-
  • A
  • A+

"Yaxın iki-üç gün ərzində Azərbaycanda hava şəraitində mühüm bir dəyişiklik gözlənilmir".

Axşam.az xəbər verir ki, bu sözləri APA-ya açıqlamasında Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib.

"Ötən gün ölkə ərazisində yağıntılı və küləkli hava şəraiti müşahidə olunub. Ancaq yaxın günlərdə kəskin hava şəraiti, o cümlədən qar və çovğun proqnozlaşdırılmır" deyə, direktor qeyd edib.