Görmə məsafəsi məhdudlaşacaq

Görmə məsafəsi məhdudlaşacaq
284 dəfə oxunub
  • A-
  • A
  • A+

Fevralın 6-da ölkə ərazisində gecə və səhər saatlarında dumanlı hava şəraiti ilə əlaqədar magistral avtomobil yollarında görünüş məsafəsinin 300-800 metrədək məhdudlaşacağı gözlənilir.

Axşam.az xəbər verir ki, bu barədə Milli Hidrometerologiya Xidmətindən məlumat verilib.

Qeyd edilib ki, gecə və səhər bəzi dağlıq rayonlarda yolların buz bağlayacağı ehtimalı var.