"Arka sokaklar"ın aktyoru qocalar evində qalır - Foto

"Arka sokaklar"ın aktyoru qocalar evində qalır - Foto
1152 dəfə oxunub
  • A-
  • A
  • A+

Türkiyəli aktyor Murat Ormiyakın qocalar evində qaldığı ortaya çıxıb.

Axşam.az xəbər verir ki, aktyor film və serial təklifləri almadığını bildirib:

"Çox pis oluram, amma artıq mənə layihələrlə bağlı təkliflər gəlmir. Qocalar evində qalıram. Təbii olaraq heç xoşbəxt deyiləm. "Arka sokaklar" kimi 17-20 il rol ala biləcəyim bir iş üçün müraciət etsinlər. O qədər xoşbəxt olaram ki...".

Qeyd edək ki, M.Ormiyak "Arka sokaklar" serialında Baş Vedat obrazını canlandırıb.