Müəllimi atasının silahı ilə vurub - DİN açıqlama yaydı

Müəllimi atasının silahı ilə vurub - DİN açıqlama yaydı
1584 dəfə oxunub
  • A-
  • A
  • A+

Xəbər verdiyimiz kimi, bu gün paytaxtın Binəqədi rayonunda yerləşən “İdrak” liseyində 10-cu sinif şagirdi müəllimini güllələyib.

Axşam.az xəbər verir ki, DİN-in Mətbuat xidməti hadisə ilə bağlı məlumat yayıb. Bildirilib ki, hadisə bu gün saat 09 radələrində baş verib.

Qeyd edilib ki, Binəqədi rayonunda yerləşən özəl “İdrak” liseyinin qarşısında 10-cu sinif şagirdi Ə.Ş. insident törədib. O, atasına məxsus ov silahı ilə məktəbə gələrək orada işləyən qadın müəllim Ş.K.-ya xəsarət yetirib.

Polis əməkdaşları tərəfindən Ə.Ş. saxlanılıb. Ondan ov silahı götürülüb.

Faktla bağlı araşdırma aparılır.