Şagirdi tərəfindən güllələnən 29 yaşlı müəllimin vəziyyəti açıqlandı

Şagirdi tərəfindən güllələnən 29 yaşlı müəllimin vəziyyəti açıqlandı
1674 dəfə oxunub
  • A-
  • A
  • A+

“İdrak” liseyində şagird tərəfindən güllələnən müəllimin vəziyyəti açıqlanıb.

Axşam.az xəbər verir ki, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi və Kliniki Tibbi Mərkəz məsələ ilə bağlı məlumat yayıb. Bildirilib ki, bu gün saat 09:10 radələrində mərkəzə Binəqədi rayonu “İdrak” liseyindən çağırış qeydə alınıb.

Bildirilib ki, çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub:

“Təcili tibbi yardım briqadası tərəfindən 1997-ci il təvəllüdlü şəxs (qadın) Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub. Odlu silahdan açılan atəşlə zədələnmə diaqnozu təyin edilən pasiyentə zəruri tibbi xidmətlər göstərilib, müvafiq laborator və instrumental müayinələr aparılıb. Hazırda onun müalicəsi Cərrahiyyə şöbəsində davam etdirilir, vəziyyəti orta ağırdır”.