95 yaşında vəfat etdi

95 yaşında vəfat etdi
775 dəfə oxunub
  • A-
  • A
  • A+

"Uill və Greys" serialı ilə tanınan Çarlz C. Stivenson Jr. vəfat edib.

Axşam.az xəbər verir ki, aktyor 95 yaşında Kaliforniyada dünyasını dəyişib.

Qeyd edək ki, Çarlz ilk dəfə 1982-ci ildə "Voyagers!" serialında ekran qarşısına çıxıb. O, 1998–2020-ci illərdə yayımlanan "Uill və Greys" serialında "Smiti" obrazı ilə yaddaşlarda qalıb. Çarlz "Ofis", "Kabus dünyası" və bir çox digər layihələrdə rol alıb. 

Aktyor sonuncu dəfə 2020-ci ildə yayımlanan "Accidentally on Porpoise" serialında çəkilib.

Çarlz  Barbara Keller və Coi Stivensonla evli olub. Onun beş övladı var.