Epşteynin ölümsüzlük planı - 200 mindən çox xərcləyib

Epşteynin ölümsüzlük planı - 200 mindən çox xərcləyib
1130 dəfə oxunub
  • A-
  • A
  • A+

Son günlər dünya gündəmini zəbt edən milyarder Ceffri Epşteynlə bağlı dosyelərdə daha bir neçə gizli məqam ortaya çıxıb. 

Axşam.az xəbər verir ki, CNN onun sənədlərində yer alan bir neçə gizli məlumatı dərc edib. Bildirilib ki, maliyyəçi Ceffri Epşteynin işi ilə bağlı yeni sənədlər onun əbədi həyatın mümkünlüyünü araşdırmaq üçün qabaqcıl genetik tədqiqatlara investisiya qoyduğunu göstərib. Bu tədqiqatların əsas məqsədi bədənin zədələnmiş toxuma və orqanlarının bərpası, eləcə də, qocalma prosesinin ləngidilməsi imkanlarını araşdırmaq olub.

Epşteyn, o zaman aparıcı ABŞ xəstəxanasında işləyən həkim Cozef Takuriyaya testlərin pulunu ödəyib. Fakturada ekzom ardıcıllığı kimi min dollara (təxminən 1700 manat) və uzunömürlülüyü təşviq etdiyinə inanılan CRISPR gen redaktə texnologiyasından istifadə edərək kök hüceyrələrin yaradılması kimi xidmətlər göstərilib. Epşteynlə əvvəllər heç bir əlaqəsi olmayan Takuriya maliyyəçinin sadəcə tədqiqat layihəsinin iştirakçısı olduğunu iddia edib.

Sənədlərdə həmçinin 160.000 dollara  başa gələn sözdə "Venera Layihəsi" də qeyd olunur ki, Takuriya bunun Epşteynin üz genetikası ilə bağlı heç vaxt reallaşmayan təxmini ideyası olduğunu deyib.

Daha əvvəl, Epşteynin iş sənədlərində sözdə İlluminati üzvlərinin siyahısı aşkar edilmişdi. 5 sentyabr 2008-ci ildə Matt adlı bir şəxs tərəfindən milyarderə "İlluminati Ailələri və Tərəfdaşları" adlı bir mesaj göndərilib.

Epşteyn "Şəxsi Genom" layihəsinə daxil edilib və DNT ardıcıllığı üçün tüpürcək nümunəsi təqdim edib. 2014-cü ilin iyununda onun nümayəndələri ilkin analiz üçün 2000 dollarlıq hesabı ödəyiblər. Həkim açıqlamasında bildirib ki, Epşteyn müxtəlif xəstəliklərə genetik meylini öyrənən şəxsi "Genom Layihəsi"nə daxil edilib.

Ceffri Epşteyn 2019-cu ildə federal cinsi alver ittihamları ilə məhkəməni gözlədiyi dövrdə vəfat edib. Yayımlanan sənədlər onun gen redaktəsi və ömrü uzatma ideyalarına uzun illər ərzində xüsusi maraq göstərdiyini ortaya qoyur.

Onun cavanlaşma layihəsinə 200 min dollardan çox xərcləyəcəyi qeyd edilib. 

Qeyd edək ki, istintaqın fikrincə, dünya elitasının ən yüksək dairələrinə daxil olan Cefri Epşteyn onilliklər ərzində geniş miqyaslı insan alveri şəbəkəsi qurub. O, guya azyaşlı qızları fahişəliyə cəlb edib, onlara zorakılıq göstərib, nüfuzlu tanışlarına şantaj və ya əlaqələri möhkəmləndirmək məqsədilə təqdim edib.

2019-cu ildə milyarder məhkəməni gözləyərkən həbsxana kamerasında ölü tapılıb. Rəsmi məlumata görə, Epşteyn intihar edib. Lakin bir çoxları hesab edir ki, onu öldürüblər. Buna səbəb isə onun gizli adasında baş verənlər və onların detallarını açıqlamaması olub.

Onun uzun illər köməkçisi və keçmiş sevgilisi Qisleyn Maksuell isə cinayətlərdə iştirakda təqsirli bilinərək 2022-ci ildə 20 il həbs cəzası alıb.