"Maşın, villa aldılar, amma..."

"Maşın, villa aldılar, amma..."
2089 dəfə oxunub
  • A-
  • A
  • A+

Əməkdar artist Almaz Ələsgərova bayağı mahnı oxuyanlardan danışıb. 

Axşam.az xəbər verir ki, müğənni "İncə səhər" proqramında bununla bağlı söhbət açıb. O bildirib ki, bayağı mahnı oxuyanlar var-dövlət yığıb, sənəti unudub:

"Maşın, ev, villa aldılar. "Maybach" da aldılar. Amma heç nəyi dəyişmədilər. Mahnılar elə o tərzdə gedir. Mahnıda bir dəyişiklik yoxdur.

Söz, musiqi və ifaçı bir-birini tamamlamalıdır. İndiki mahnılar oyuncaqdır. Bir tərzə gedir. Bizim müğənnilər mahnıları toy üçün yazdırır. Bilirəm pul, qazanmaq lazımdır".