Rasim Balayevin cənazəsi ölkəyə gətirildi

Rasim Balayevin cənazəsi ölkəyə gətirildi
1654 dəfə oxunub
  • A-
  • A
  • A+

İstanbulda müalicə aldığı xəstəxanada dünyasını dəyişən Xalq artisti Rasim Balayevin nəşi Bakıya gətirilib.

Axşam.az xəbər verir ki, mərhum aktyorun nəşini daşıyan təyyarə gecə saatlarında Heydər Əliyev Beynəlxalq Hava Limanına eniş edib.

Bu gün aktyorla Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında vida mərasimi keçiriləcək. Mərhum I Fəxri xiyabanda dəfn olunacaq.

Qeyd edək ki, “Babək”, “Nəsimi”, “Beyrək” kimi yaddaqalan obrazları ilə tanınan aktyor 77 yaşında dünyasını dəyişib. Ömrünün sonuna qədər Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri işləyən Rasim Balayev “Şöhrət”, “Şərəf” və “İstiqlal” ordenləri ilə təltif olunub.

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

A post shared by Axşam.az (@axsamaz)