"Onu bütün filmlərdə öldürürdük..."

"Onu bütün filmlərdə öldürürdük..."
1777 dəfə oxunub
  • A-
  • A
  • A+

Xalq yazıçısı Anar vida mərasimində səhnəyə çıxaraq mərhum Xalq artisti Rasim Balayevlə bağlı xatirələrini bölüşüb

Axşam.az xəbər verir ki, Anar aktyorun yaradıcılığında danışaraq, oynadığı obrazlardan söz açıb:

"Belə bir gündə danışmaq ağırdır. Çünki dəyərli insanı - Rasim Balayevi itirdik. Azərbaycan kinosunun ən böyük siması idi. Kinomuz yaşadıqca o da yaşayacaq. Rasimlə biz sənət dostu idik. Mənim filmlərimdə də Rasimi öldürürdük. "Babək"də də, "Nəsimi"də də, "Dədə Qorqud"da canlandırdığı Beyrək də də onu ölürdük.  Amma o ölərək böyük simaları yaşadır, əbədi ömür verirdi. Bu gün Rasim də dünyasını dəyişdi. Onun sənəti, insani keyfiyyətləri, həmişə bizimlə olacaq. Allah Rasimə rəhmət eləsin".