"Kuruluş Orhan" serialı ilə bağlı gözlənilməz qərar verilib.
Axşam.az xəbər verir ki, "Bozdağ Film" imzalı layihənin yeni mövsüm üçün əvvəlcədən verilmiş təsdiqi geri götürülüb.
Məlumata görə, istehsal şirkəti ilə yayımçı kanal arasında yaranan maliyyə problemləri səbəbindən bu qərar hələlik ləğv edilib. Serialın taleyi ilə bağlı yekun qərarın yaxın vaxtlarda veriləcəyi gözlənilir.