Məşhur animasiyanın səs aktyorları illər sonra bir arada - Fotolar

Məşhur animasiyanın səs aktyorları illər sonra bir arada - Fotolar
351 dəfə oxunub
  • A-
  • A
  • A+

Məşhur animasiya serialı "The Powerpuff Girls"un səs aktyorları uzun müddətdən sonra yenidən bir araya gəliblər.

Axşam.az xəbər verir ki, ekran işində "Blossom", "Bubbles" və "Buttercup" obrazlarını səsləndirən Keti Kavadini, Tara Stronq, Elizabet Enn Deyli layihədə professor "Utonium" obrazını səsləndirən Tom Keyn ilə görüşüblər.

Bunla da 2020-ci ildə insult keçirdikdən sonra səhhətində problemlər yaranan və karyerasını bitirən aktyor uzun aradan sonra ictimaiyyət arasında görüntülənib.

Qeyd edək ki, görüş "Powerpuff Girls" serialının orijinal səs heyətinin 2020-ci ildən sonra ilk dəfə birlikdə görünməsi kimi yadda qalıb.