Övladını dünyaya gətirdiyi anın görüntüsünü paylaşdı

Övladını dünyaya gətirdiyi anın görüntüsünü paylaşdı
6801 dəfə oxunub
  • A-
  • A
  • A+

Xəbər verdiyimiz kimi, Xalq artisti Mələkxanım Eyubovanın bloger qızı Nəzrin Nəcəfova və müğənni Mərdan Kazımovun övladı dünyaya gəlib.

Axşam.az xəbər verir ki, Nəzrin əməliyyat anının videosunu paylaşıb. O, əməliyyata həyat yoldaşı ilə birlikdə girdiyini göstərib. 

Nəzrin paylaşımına "Xoş gəldin, qızım. Səninlə həyatımız tamam başqa rəng aldı. Bu anlar bizim üçün ən unudulmaz, dəyərli xatirələr oldu. Səni çox sevirik, balaca möcüzəmiz" sözlərini yazıb.

Mərdan isə övladı ilə fotosuna "Ailəmizə xoş gəldin, gözəl qızım. Adını Şirin qoydum, həyatın da adın kimi şirin olsun, inşallah" sözlərini əlavə edib.