Türkiyəli məşhur aktyort Haluk Bilginer açıqlaması ilə diqqət çəkib.
Axşam.az xəbər verir ki, aktyor insanın ölümü belə haqq etməli olduğunu söyləyib:
"Filmin sonunu hamımız bilirik. Bu dünyaya ölməyə gəldik. Doğulduğumuz andan etibarən qum saatı tərsinə çevrilir. O qum nə vaxt bitsə, biz də yox olacağıq. Bu, bizə verilmiş böyük bir lütfdür. Bu planetdə dünyaya göz açmağımız böyük bir uduşdur. Bunu yaxşı dəyərləndirmək və sonda ölməyi haqq etmək lazımdır".