"Mənə dedi ki, sənə nifrət edirəm"

"Mənə dedi ki, sənə nifrət edirəm"
5863 dəfə oxunub
  • A-
  • A
  • A+

Əməkdar artist Ədalət Şükürov fanatlarından birinin ona dediyini bölüşüb.

Axşam.az xəbər verir ki, "Mədəni şou"da qonaq olan müğənni valideynlərə səslənib:

"Bir məclisdə 20 yaşında cavan oğlan yaxınlaşdı. Dedi ki, "8 yaşımda idim, istədim sizinlə şəkil çəkdirim. Razılaşmadınız. O vaxtdan sizə nifrət edirəm. Hələ də sizdən xoşum gəlmir".

İzah edə bilmədim ki, xoşlamıram uşaqlar səhnəyə qalxsın. Orada olmaq uşaq üçün təhlükəlidir: səs, tüstü. Qulağı dağıdar. Valideynə bunu başa salmaq çətindir".